Baki Komputer Kolleci
Baki Komputer Kolleci
Baki Komputer Kolleci
Baki Komputer Kolleci

    Kim deyir ki, biz dünyanı dəyişə bilmərik?!
. Baki Komputer Kolleci
Bakı Kompüter Kolleci 1996-2001-ci illərdə fəailyyət göstərmiş Bakı Kompüter Litseyinin bazası əsasında yaradılmışdır. Ilk dövrdə Azərbaycan Respublikası Təhsil nazirliyinin eksperimental bazası kimi fəaliyyətə başlayan Bakı Kompüter Kolleci 2001-ci ilin iyul ayının sonunda Təhsil Naziri Misir Mərdanovun təşəbbüsü ilə yaradılmışdır. 

Bu təhsil müəssisəsi profilinə görə respublikamizda nadir orta ixtisas məktəblərindən biridir. 

Kollecin yaradılmasında onun ilk direktoru, təhsil nazirliyinin idarə edilməsinin məlumat sistemi şöbəsinin müdiri, ümumtəhsil məktəblərində İKT-nin tətbiqi üzrə BMT layihəsinin direktoru vəzifələrində çalışmış, hazırda Təhsil Nazirliyinin nəzdində yaradılan təhsil sisteminin informasiyalaşması idarəsində şöbə müdiri, fizika-riyaziyyat elmləri namizədi Bilal Hüseynovun böyük əməyi olmuşdur. Məhz bu şəxsin zəhməti və ciddi səyləri nəticəsində Kollecdə bacarıqlı və elmi səviyyəsi yüksək olan bir pedaqoji koillektiv formalaşmışdır. 

Hazırda kollektivə informatika sahəsində respublikamızda tanınmış mütəxəssislərdən biri, 2000-2004-cü illərdə Dünya Bankının bir sıra mövzuları üzrə milli məsləhətçisi olmuş İradə xanım Səfərova rəhbərlik edir. 

Bizim kollec dövlət təhsil müəssisəsidir. Burada 4 ixtisas üzrə təhsil almaq mümkündür:

1. Avtomatlaşdırılmış sistemləri və hesablama texnikasının proqram təminatı. Bu peşənin əsas aspekti proqramlaşmanın əsaslarını tələbələrə aşılamaqdan ibarətdir. 

 2. Avtomatlaşdırılmış sisteminləri və hesablama texnikasının istismarı və servis xidməti.

 Tələbələr diaqnostlaşmanın əsas elementləri, quraşdırılması, FK-nın texniki qüsurlarının aradan qaldırılması və onun periferiya quruluşunu öyrənirlər. 

3.Laboratoiya diaqnostikası.

 Bizim tələbələr tibbi diaqnostikada istifadə olunan kompüter texnikası ilə davranmaq bacarıq və vərdişlərinə yiyələnirlər.

4. İnformatika.

 I – IX siniflərdə infomatika fənninin tədrisi ilə bağlı bilik və bacariqları əldə edirlər.

 

Bizim məqsədlərimiz: 

1) Tələbə və şagirdlərin şəxsi, potensial intellektual və yaradıcılıq imkanlarının hərtərəfli inkişafını təmin etmək. 

2) Tələbə və şagirdləri cəmiyyət və şəxsi həyatda yaradıcılığa hazırlamaq. 

3)Təhsil prosesində effektli nəticələrə nail olmaq üçün təhsil alan hər bir fərdin şəxsi təhsil trayektoriyasının həyata keçməsinə şərait yaratmaq.  
 
 
 
 
Baki Komputer Kolleci 777